Kateqoriyasız

“Zirə”nin fəxri prezidenti: “Komandamıza güvənirəm”

“Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov komandanın məşqini izləyib, məşqçi və futbolçu heyəti ilə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, Orxan Məmmədov ilk turun “Qarabağ”a qarşı oyununda və yeni mövsümdə komandaya uğurlar arzulayıb:

“İlk iki turda komandamızı çempionatın favoritləri “Qarabağ” və “Neftçi”yə qarşı maraqlı oyunlar gözləyir. Komandamıza güvənirəm və mövsümün sonunda qarşıya qoyulan məqsədə çatacağımıza inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43