Kateqoriyasız

“Zirə”nin rəqibi “Seltik”dən ayrılan futbolçunu transfer etdi

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Tel-Əviv) klubu yeni transferini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Şotlandiya “Seltik”ində çıxış edən yarımmüdafiəçi Nir Bittonu heyətinə qatıb.

İsrail millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə”nin “Makkabi”yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. “Dalğa Arena”dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43