İdman

“Zirə” Haiti yığmasının hücumçusu ilə anlaşdı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə” ikinci əcnəbi transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi bu dəfə hücum xəttini gücləndirib.

Yay fasiləsində Nicat Qurbanov, Orxan Əliyev, Vüqar Mustafayev, Rəşad Sadiqov və David Manqanı heyətinə cəlb edən “Zirə” bu dəfə Kervens Belfortla anlaşıb.

Son klubu İsveç təmsilçisi “Surinska” olan Haiti yığmasının üzvünün bu gün müqavilə imzalaması gözlənilir. 25 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, 2010-cu ildən Haiti millisinə çağırılan Kervens Belfort yığmanın heyətində 40 oyunda iştirak edib, 16 qola imza atıb. O, karyerası ərzində Fransa, İsveçrə, Kipr, Türkiyə, Hindistan və İsveç kimi ölkələrdə legioner həyatı yaşayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43