Premyer Liqa

“Zirə” “İnter”i məğlub etdi (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşması Lənkəranda keçiriləcək. Heç də yaxşı günlərini yaşamayan iki komanda – "Xəzər Lənkəran" və "Rəvan" "Fırtınalar meydanı"nda münasibətlərə aydınlıq gətirəcəklər.

Günün ikinci qarşılaşması isə Şüvəlanda olacaq. Burada son çempion və hazırkı lider "Qarabağ" AZAL-ın qonağı olacaq.

Tura Zirədə keçiriləcək "Zirə" – "İnter" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

III dövrə, XIX tur

31 yanvar (bazar)

13:30. “Xəzər Lənkəran” – “Rəvan” – 0:0

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, İnqilab Məmmədov

Mövsümün ilk yarısındakı oyunlar: 1:1, 1:0

“Xəzər Lənkəran” mərkəzi stadionu

15:00. AZAL – “Qarabağ” – 1:0
Qol: Kvirtia

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

Mövsümün ilk yarısındakı oyunlar: 2:0, 2:0

AZAL Arena

17:30. “Zirə” – “İnter” – 2:1
Qol: Luis Alberto, 13, (1:0), Abbas Hüseynov, 48 (1:1), Nurlan Novruzov, 86 (2:1)

Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Mübariz Haşımov, Elvin Əsgərov

Mövsümün ilk yarısındakı oyunlar: 0:0, 0:0

Zirə  İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43