İdman

“Zirə” stadionunun ot örtüyü nə vaxt dəyişdiriləcək?

Bir müddət əvvəl “Zirə”nin suni ot örtüyünün təbii qazonla əvəz olunacağı barədə xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, AFFA tərəfindən həyata keçiriləcək prossesin hansı ayda baş tutacağı məlum olub. Zirə Olimpiya İdman Kompleksinin ot örtüyü iyul ayından etibarən dəyişdirilməyə başlayacaq. 4 ay davam edəcək yenidənqurma işləri oktyabr ayında yekunlaşacaq.

Qeyd edək ki, 2018-2019-ci il mövsümünün startında qəsəbə təmsilçisi rəqiblərini “Dalğa Arena”da qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43