Premyer Liqa

“Zirə”də ciddi itki

Premyer Liqanın 25-ci turunda “İnter”lə qarşılaşacaq “Zirə”nin heyətində ciddi itki var.

İdmanxeber.com-un məlumatına görə, paytaxt tməsilçisinin aparıcı futbolçularından olan Sadiq Quliyev sıradan çıxıb. “Qartallar”ın məşqində zədələnən gənc müdafiəçi komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Zirə” – “İnter” qarşılaşması 10 aprel tarixində saat 15:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43