Ölkə futbolu

Qurban Qurbanov Prandelli və Benitesi geridə qoydu, Qriqorçuk 7 pillə gerilədi

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.

Ötən cədvəldə 462-ci pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 2 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 464-cü yerdə qərarlaşıb.

44 yaşlı çalışdırıcı siyahıda Hamza Hamzaoğlu, Marko Silva, Xose Qonsales, İqor Tüdor, Pako Ayestaran, Tolunay Kafkas, Roberto Mançini, Rafael Benites, Hasan Kutlu, Mayk Felan, Vitor Pereyra və Çezare Prandelli kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk da geriləyib. 7 pillə geriləyən ukraynalı mütəxəssis aktivindəki 852 xalla 663-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43