Dünya futbolu

“Zirə”dən ayrılan futbolçu Macarıstan klubunda

Ötən mövsümün sonunda “Zirə”dən ayrılan  Akim Latifunun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, nigeriyalı futbolçu karyerasını Macarıstanda davam etdirəcək.

O, “Honved” klubu ilə anlaşıb. Budapeşt klubu 29 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Latifu “Zirə”yə Türkiyənin “Alanyaspor” klubundan transfer edilmişdi. O, paytaxt klubunda 11 oyuna çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43