Ölkə futbolu

“Zirə”dən yeni transfer

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya ilə müqavilə bağlanılıb.

22 yaşlı oyunçu ilə mövsümün sonuna qədər anlaşma əldə olunub.

Qeyd edək ki, Giorgi Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. O, həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43