İdman

“Zirə”nin legioneri ayrılır

“Zirə” rumıniyalı futbolçu Qabriel Mateylə yollarını ayırıb. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Matey artıq özünə yeni klub da tapıb. O, Polşanın “Bruk-Bet Termalits” klubu ilə anlaşıb. Tərəflər arasında rəsmi müqavilə bu gün imzalanacaq.

Qeyd edək ki, Matey “Zirə”yə yayda transfer olunmuşdu. O, komandanın heyətində cəmi 10 oyunda meydana çıxıb. Qabriel son 1 ayda zədə üzündən oynamayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43