Ölkə futbolu

“Zirə”nin növbəti rəqibi yenə PTT 1-ci liqasından olacaq

İlk yoxlama matçında Türkiyə PTT 1-ci liqa təmsilçisi “Qaziantep BB”ni Təmkin Xəlilzadənin qoluyla 1:0 məğlub edən “Zirə” hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz növbəti matçını iyulun 29-da keçirəcək.

“Zirə”nin rəqibi eyni liqanın təmsilçisi “Göztəpə” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43