Dünyadan

Əfsanə futbol adamı ilk 11-ini açıqladı

"Mançester Yunayted" əfsanələrindən olan Qari Nevil, komandanın son durumunu qiymətləndirib və ideal 11-ini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Nevilin açıqladığı 11-də Zlatan İbrahimoviç və Runi yoxdur.

Qari Nevil, uğursuz "Valensiya" macərasının ardından yenidən şərhçiliyə qayıdıb.

İlk dəfə 1992-ci ildə geydiyi "Mançester Yunayted" formasıyla 602 matça çıxan Nevil, klubun son vəziyyətinin Ser Aleks Ferqusonun təqadüdə çıxmasından sonra yaranan böyük boşluq ilə əlaqəli olduğunu deyib.

Ferqusonun qurduğu nizamı davam etdirmənin çətinliyinə toxunan Nevil, "Ser Aleksə bu komandanı zirvəyə daşıması üçün zaman tanınmışdı. Halbuki bu gün hər kəs çox sürətli bir şəkildə kubok istəyir. Problem da buradan qaynaqlanır. Çünki Aleks Ferqusonun ardında buraxdığı boşluğu doldurmaq heç asan deyil", – deyə bildirib.

"Yunayted"in köklərinə bağlı qalması lazım olduğunu vurğulayan Nevi, ideal 11-ini də açıqlayıb.

"Yunayted" əfsanəsi, qapını Deyvid de Xeaya əmanət edib.

Nevil, müdafiədə Antonio Valensiya, Erik Bailly, Kris Smolinq və Daley Blində yer verib.

Yarımmüdafiə xəttinə Paul Poqba, Ander Herrera və Maykl Karrikin adlarını yazan əfsanəvi futbolçu, hücum xəttində Markus Reşford, cinahlarda isə Henrik Mkhitaryan və Antoni Martiala yer verib.

Nevil, "Valensiya"dakı uğursuz dövrün ardından uzun müddət baş məşqçilik etməyi düşünmədiyini də sözlərinə əlavə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43