Dünyadan

Lempard “Çelsi”də məşqçiliyə başlayır?

"Nyu-York Siti"dən ayrılacağını açıqlayan Frenk Lempard sabiq klubu "Çelsi"yə qayıda bilər.

İdmanxeber.com-un məlumatına görə, artıq məsələ ilə bağlı ingilis mətbuatı yazılar dərc etməyə başlayıb.Belə ki, 38 yaşlı futbolçu karyerasını bitirəcəyini açıqlasa da, London təmsilçisi ona klubun məşqçisi və ya səfiri olmağı təklif edəcək. 

Lempardın bu təklifləri qəbul etməyəcəyi təqdirdə isə, "Sky Sports" kanalında çalışacağı ehtimallardan biri sayılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43