Dünyadan

Əl-Şaaravi rəsmən “Monako”da

İtaliyanın “Milan” klubunun hücumçusu Stefan Əl-Şaaravi karyerasını Fransada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 22 yaşlı italiyalı futbolçu növbəti mövsümü “Monako”da icarə əsasında keçirəcək.

Qeyd edək ki, ötən mövsüm A seriyasında 18 oyun keçirən futbolçu 3 qol vurub və 3 məhsuldar ötürmə edib.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43