Əliyar Ağayevin Yunanıstan Superliqasında oyun idarə edəcəyi xəbərini vermişdik. FİFA referisi bu gün keçirilən PAOK – “Atromitos” görüşünün baş hakimi olub.
Qarşılaşmada ev sahibi komandanın lehinə iki penalti təyin edən Ağayev, qonaqların bir oyuncusunu ikinci sarı vərəqədən qırmızı verərək meydandan qovub.
32 yaşlı baş hakim meydan sahiblərindən ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış etmiş Pedro Enrikeyə də sarı vərəqə göstərib.
74-cü dəqiqədə azərbaycanlı referinin “Atromitos” lehinə penalti təyin etməməsi isə narazılıq doğurub.
Qeyd edək ki, qarşılaşma PAOK-un 3:0 hesablı qələbəsi ilə sona çatıb.