Əvəzedici heyətlərin çempionatında ikinci dövərinin sonuna 3 tur qalmış qış çempionu müəyyənləşib. 15-ci turda qazandığı qələbə ilə xal hesabını 37-yə çatdıran “İnter” 2013-cü ili 1-ci pillədə başa vuracağını rəsmiləşdirib. Paytaxt təmsilçisinə çempionatın yarısını zirvədə tamamlamağa heç bir klub mane ola bilməz. Çünki, “İnter” artıq izləyiciləri üçün əlçatmazdır. Düzdür, 2-3-cü yerlərdə qərarlaşan “Simurq”la “Qəbələ” bütün görüşlərdə qalib gəlməklə bakılılara çata bilər. Amma paytaxt təmsilçisi hər 2 izləyici ilə şəxsi oyunlarda qələbələri sıralayıb. Bu üzdən “İnter” 2-ci dövrəni də lider kimi başa vuracaq.
ƏVƏZEDİCİLƏR: çempion müəyyənləşdi
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43