Ölkə futbolu

121 yaşlı klub Ramil Şeydayevi transfer etmək istəyir

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev karyerasını yenidən ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-a daxil olan məlumata görə, Macarıstanın “Debretsen” klubu Şeydayevin xidmətində maraqlıdı. 4 dəfə Macarıstan çempionu olmuş 121 yaşlı kollektiv yayda Şeydayevi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, 26 yaşlı forvardın “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatır. Şeydayev Ağdam təmsilçisinin yeni təklifinə “hə” deməyib. Onun karyerasını ölkə xaricində davam etdirməkdə maraqlı olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43