27 Dekabr 2024
Kateqoriyasız

2015-ci ilin ən yaxşıları müəyyənləşdi

İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunmuş “İlin qalibləri” layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilir.

İdmanxeber.com-un məlumatına görə, hazırda davam edən tədbirdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılır.

“Qafqaz Point” otelində təşkil olunan mərasimdə qaliblər bunlar olub:

1. İlin idman xadimi: Sadıq Sadıqov (“Neftçi İdman Klubu” İctimai Birliyinin idarəetmə aparatının rəhbəri (Bakı 2015 I Avropa Oyunlarında “Neftçi İdman Klubu”nun digər klublardan çox – 16 idmançısı medal qazandığı üçün)

2. İlin futbolçusu: Rahid Əmirquliyev – “Xəzər Lənkəran”ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox oyun keçirdiyi üçün)

3. İlin idmançısı (digər növlər üzrə): Rəsul Çunayev (yunan-Roma güləşçisi, Bakı 2015 I Avropa Oyunlarının qalibi və dünya çempionu)

4. İlin əcnəbi futbolçusu (bütün növlər üzrə): Riçard Almeyda – “Qarabağ” futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə)

5. İlin komandası (futbol və digər növlər üzrə): “Qəbələ” futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün), Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu üçün)

6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə): Roman Qriqorçuk (“Qəbələ”yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakı 2015 I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)

7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə): Anar Hacıyev (“Qəbələ”), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)

8. İlin idman jurnalisti: İlkin Fikrətoğlu (ATV)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43