Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter”ə qarşı ilk matç “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis ÇL-də 100-cü oyununu keçirib. Simeonenin komandası səfərdə rəqibinə 0:1 hesabı ilə uduzub.
Simeone ÇL-də 100 oyuna çatan doqquzuncu məşqçi olub.
53 yaşlı mütəxəssis 2011-ci ildən bəri “Atletiko”nu çalışdırır.