22 Dekabr 2024
Milli komanda

Ruslan Abışov: “Oyun təcrübəm az olsa da,..”

“Hər şey yaxşıdır. Artıq komandaya qoşulmuşam və işlər qaydasında gedir. İsrail yığması ilə oyuna yaxşı hazırlaşırıq”.

Bu sözləri Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov deyib.

Millimizin “Bakcell Arena”da keçirdiyi məşqdən sonra jurnalistlərin suallarını cavablandıran müdafiəçi İsraillə oyun barədə fikirlərini açıqlayıb.

“Oyun təcrübəm az olsa da, bunu hiss etdirməməyə çalışacam. İsrail yığması üçün də çox vacib oyundur. Çünki onlar “play-off” mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Rəqibdən çəkinmirik. Düzdür, onlar doğma meydanda yaxşı çıxış edir, aqressiv futbol oynayır. Portuqaliya ilə matçda da bunun şahidi olduq. Buna rəğmən, komanda şəklində daha yaxşı oynamağa çalışacağıq. Rəqibdən çəkinməməli, baxımlı futbol sərgiləməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43