27 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”ın məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsi AZAL – “Qəbələ” oyunu ilə bağlı qərarlarını açıqlayıb. Komitə “Qəbələ”nin 6 üzvünü cəzalandırıb.

Belə ki, qarşılaşmanın 50-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə qırmızı vərəqə ilə meydandan qovulan qonaq komandanın üzvü Amit Quluzadə 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər biri 1 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Matç başa çatdıqdan sonra isə bölgə klubunun məşqçisi Andrey Syomin hakimləri təhqir edib. Bu səbəbdən o, 5 oyunluq cəzalandırılıb, 5000 manat cərimələnib. AZAL-ın isə 5 futbolçusu vərəqə aldığından 1000 manat cərimə ödəyəcək.

“Xəzər Lənkəran” – “Bakı” matçı ilə bağlı da qərar verilib. Meydan sahiblərinin məşqçisi, qonaqların isə vitse-prezidentini cəzalandırılıb. Belə ki, oyunun 8-ci dəqiqəsində “Xəzər Lənkəran”ın klubunun məşqçisi Emin Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırlıb. “Bakı”nın baş meneceri Zeynal Məmmədov isə matçın fasiləsində hakimləri təhqir edib. Hər iki şəxs üçün 5 oyunluq cəzalandırılıb, klubları 5000 manat cərimə olunub. Bundan başqa paytaxt klubu 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43