“Xəzər Lənkəran”hücumçusu Franko Nildo idmanxeber.com saytına müsahibə verib.
– Bu qədər qol imkanından yararlana bilməməyivin səbəbi nədi?
Mən buna görə çox məyusam. Bu futboldu. Hər şey olur. Amma inanın ki, mən hər oyunda komandamın qələbə qazanması üçün çalışıram. Heç vaxt geri addım atmayacağam. Çalışacağam ki, komandam irəli getsin. Mən vuruşacağam.
– Hətta bir zərbən Bayıl küçələrinə getdi. Amma transferi üçün bu qədər pul xərclənən futbolçu bunu etməməli idi…
Heç bir futbolçu bunu etmək istəməz. Məncə, hər bir futbolçu öz komandasına xeyir vermək arzusundadır. Mən demək istəmirəm ki, futbolda belə şeylər olur. Amma nə edəsən ki, həqiqətən də belə hallar olur.
– Toşak dedi ki, sən bu oyundan sonra gecə yatmayacaqsan. Bunu zarafat kimi qəbul edək, yoxsa həqiqətən də səndə belə narahatlıq var?
Doğru deyir. Bu mənim normal futbolum deyil. Heç kimi qınamıram. Günah məndədir.
– AZAL-da kiçik kütlə qarşısında oynayırdın, XL-də qazandığından da az qazanırdın. Ancaq burda daha zəif çıxış edirsən. Bunu nə ilə əlaqələndirərdin?
Mən müqayisə aparmaq istəmirəm. Bu gün “ağ-yaşıl” rənglər üçün oynayıram, mübarizə aparıram. Əmin olun, elə vəziyyətlər olacaq ki, mən istəməsəm də, top qapıya girəcək.