Vladislav Qədirovu istefaya göndərən "Rəvan"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, klub millimizin sabiq çalışdırıcısı Şahin Diniyevi komandanın baş məşqçisi təyin edəcək. Çalışdırıcı ilə ilkin razılıq əldə olunub.
Bu keçidin yaxın günlərdə rəsmən ictimaiyyətə açıqlanacağı gözlənilir.