Ağdamın “Qarabağ” klubu bir transferini reallaşdırıb.
Komanda Bosniya və Herseqovina yığmasının sabiq qolkiperi İbrahim Şehiçi heyətinə qatıb. Məlumata görə, tərəflər arasında artıq müqavilə imzalanıb. Əlcək ustasının “Qarabağ” forması ilə çəkdirdiyi şəkil mediaya sızıb.
Şehiçin son iş yeri Türkiyənin PTT I liqa təmsilçisi olan “Mersin İdman Yurdu” olub. O, sözügedən komandadan azad agent kimi ayrılıb.