27 Dekabr 2024
Ölkə futbolu

Yuri Syomin: “Burada əmək haqları aşağıdı”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına maraqlı açıqlamalar verib.

Çalışdırıcı müsaibəsində Azərbaycan futbolu ilə bağlı danışıb.

“Qəbələ”nin illik xərcləri ilə bağlı dəqiq məbləğ deməyəcəm. Müqayisə etsək, bizim büdcəmiz Rusiya Premyer Liqasının ikinci “səkkizlik” komandaları ilə eynidi. Ortabab Azərbaycan klubunun büdcəsi 10 milyon dollardı.

Düzdü, burada əmək haqları aşağıdı. Lakin klubun sahibləri üzərilərinə düşəni artıqlaması ilə edirlər. “Qəbələ” Rusiya Premyer Liqasında neçənci yerə iddialı ola bilər? Məsələn, “Rubin” yaxınlarda “Neftçi” ilə gərgin keçən səfər matçında 1:0 hesabı ilə qalib gəldi. Özünüz nəticə çıxardın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43