Topaz Premyer Liqasının 10-cu turunda “Neftçi”nin qonağı olacaq “Rəvan” artıq bu oyunun hazırlığını başa vurub.
Klubun saytına istinadən verdiyimiz məlumata görə, dünən axşam saatlarında 8-ci kilometr qəsəbəsi stadionunda keçirilən məşq bu baxımdan sonuncu olub.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular qapıya zərbələr, cinah asmalarının qapanması, standart vəziyyətlər və müxtəlif taktiki gedişlər üzərində çalışıb.
Qeyd edək ki, “Neftçi” – “Rəvan” oyunu bu gün saat 16:00-da başlayacaq.