Premyer Liqanın XI turu çərçivəsində “Simurq” “Neftçi” ilə bərabərə qaldı. Oyundan sonra Zaqatala təmsilçisinin baş məşqçisi Giorgi Çixradze matç barədə fikirlərini bildirib:
“Oyun maraqlı alındı. Komandam sona kimi mübarizə apardı. Oyunun sonlarına yaxın “Neftçi” qapımıza ciddi hücumlar təşkil etdi. Lakin, buna baxmayaraq, müdafiədə inamlı oynadıq. Çətin oyun oldu, heç-heçəni yaxşı nəticə hesab edirəm”.