“Neftçi”nin hücumçusu Cavid İmamverdiyev bir azarkeşə hədə-qorxu gəlib.
İdmanxeber.com–un məlumatına görə, belə ki, “Simurq”la oyundan sonra azarkeşlərin qınaq obyektinə çevrilən İmamverdiyev həmin oyunda bir neçə qol imkanından yararlana bilməmişdi. Hətta bir epizodda Cavid topu boş qapıya göndərə bilməmiş və bu vəziyyət “Neftçi” azarkeşlərinin əsəblərinə toxunmuşdu.
“Facebook” sosial şəbəkəsində isə azarkeşlərdən biri Cavid İmamverdiyevin profilində yayımladığı fotoya “boş qapı” adlı rəy yazıb. Buna qarşılıq olaraq isə İmamverdiyev azarkeşi hədələyib. Sözügedən fotonu sizə təqdim edirik və özünüz nəticə çıxardıb, qiymət verin.