28 Dekabr 2024
Kateqoriyasız

Premyer Liqada yeni rekord

Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Çempionatın 12-ci turunda qapılara ümumilikdə 22 qol vurulub. Belə ki, azarkeşlər “Bakı” – “Simurq”, “İnter” – “Rəvan” və “Neftçi” – “Xəzər Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik edib. Bu matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınıb. Hər 3 görüşdə meydan sahibləri qalib gəlib. “Sumqayıt” – AZAL oyunu qolsuz bitdiyi turun son görüşü daha məhsuldar alınıb. “Qarabağ” “Qəbələ”ni məğlub edib – 4:3. Bununla da 16 qolun vurulduğu 6-cı turun rekordu qırılıb.

Bu tur orta məhsuldarlıq 4,40-a bərabər oldu. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddur. 2008/09 mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/10 mövsümümün 6-cı, 2012/13 mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu. İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43