27 Dekabr 2024
Dünya futbolu

“Beşiktaş”dan kritik qərar: 6-sı göndərildi, 2-si yol üstündədi

Türkiyənin "Beşiktaş" klubu iki futbolçusunu yola salır.

Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Məlumata görə, türk təmsilçisi qış transfer dönəmində Hüqo Almeyda və Manuel Fernandeslə yollarını ayıracaq. Dünən klubun idarə heyətinin keçirdiyi toplantıda bu barədə qərar qəbul olunub.

Komanda böhranda olduğuna görə, sözügedən iki futbolçunun aylıq maaşını ödəyə bilmir. Son qərarın növbəti həftə keçiriləcək toplantıda veriləcəyi bildirilir.

Bundan əlavə, İstanbul klubu 6 rəsmisini də işindən azad edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43