Millimizin üzvü Ruslan Abışovun formasını geyindiyi “Rubin” Rusiya Premyer Liqasının XIII turunda növbəti oyununa çıxıb.
Kazan təmsilçisi doğma azarkeşlər önündə “Krasnodar”ı qəbul edib. Oyun ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ruslan Abışovun adı 18-liyə salınsa da, o matçı ehtiyat skamiyadan izləməli olub.