27 Dekabr 2024
Ölkə futbolu

Rail çalışır, Niasse qayıdır, Ürfan isə…

Premyer Liqanın XIII turu çərçivəsində keçirilən “Xəzər-Lənkəran”-“Qəbələ” (0:0) matçı “qırmızı-qaralar”ın 2 futbolçusunun – İbrahima Niasse və Ürfan Abbasovun zədələnməsi və bu səbəbdən oyunu davam etdirə bilməməsi ilə yadda qaldı. Matçın ardından müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib. Bu barədə klubun saytına məlumat verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov Niassenin zədəsinin yüngül olduğunu, amma Ürfan Abbasovun bir müddət yaşıl meydanlardan kənar qalacağını söyləyib. Məhərrəmov bərpa prosesi keçən digər zədəlilərin də durumuna aydınlıq gətirib:

“Müayinələrdən sonra məlum oldu ki, Niassenin zədəsi yüngüldür. O, növbəti oyunda iştirak edə bilər. Amma Ürfan Abbasovun durumu ciddidir. Onun topuq bağları qopub. Abbasov 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Əməliyyata ehtiyac olmasa da, bərpa prosesi bir ay çəkəcək. Omar Kalabane və Abdulvahid Afolabinin zədələri artıq sağalıb. Rail Məlikovun bərpa prosesi isə davam edir. O, fərdi çalışmalarla məşğul olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43