Türkiyə Superliqasında çıxış edən “Qaziantepspor” klubu baş məşqçi Bülənt Uyğunu istefaya göndərdikdən sonra bu posta Sərgən Yalçını gətirir.
Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, Türkiyə millisinin sabiq futbolçusu ilə İstanbulda klub rəhbərləri görüşüb və razılıq əldə olunub. Veteran futbolçu Antep klubu ilə 1,5 illik müqavilə imzalayacaq.
Yeri gəlmişkən onu da deyək ki, Türkiyə millisi Bakıda yığmamıza 1:0 hesabı illə məğlub olduğu oyunda Sərgən Yalçın futbolçularımızı lağa qoymuşdu.