27 Dekabr 2024
Ölkə futbolu

Estoniyanın baş məşqçisi mətbuat konfransında nələr dedi?

“İlk hissədə hər şey planlaşdırdığımız kimi gedirdi. Ancaq hissənin sonunda kobud səhvə yol verdik ki, bu da qolla nəticələndi. Bununla belə, ikinci hissədə oyuna hazır idik”.

Bu sözləri Estoniya millisinin baş məşqçisi Tarmo Rüütli yığmamızla baş tutan yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis komandasının fasilədən sonra daha yaxşı oynadığını bildirib: “İkinci hissədə daha yaxşı oynadıq. Xeyli qol epizodları yaratdıq. Qələbə qazandığımız üçün şadam. Ümumilikdə oyunun bərabər səviyyədə keçdiyini deyə bilərəm. Məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi çox ciddi rəqibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43