Topaz Premyer Liqasında 17-ci turun rəmzi komandası açıqlanıb.
InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı – Saşa Stamenkoviç (Neftçi);
Müdafiəçilər – Yure Travner (Bakı), Laşa Salukvadze (İnter), Brüs Abdulaye (İnter), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər – Flavio Aleks Valensio (Neftçi), Lukas Mario Horvat (Bakı), Araz Abdullayev (Neftçi), Vaqif Cavadov (İnter);
Hücumçular – Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).
Topaz Premyer Liqasında 17-ci turun ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavio Aleks Valensiodur.