Bir vaxtlar “Neftçi”nin heyətində yer almış türkiyəli yarımmüdafiəçi Levent Kartopunun yeni iş yeri müəyyənləşib.
Veteran futbolçu baş məşqçi Yusuf Şimşəkin istefasından sonra “Dənizlispor”a geri dönüb. O, komandanın məşqçilər korpusunda yer alıb və komanda ilə birgə məşqə çıxıb.