“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilmiş AZAL – “Neftçi” oyunu barədə fikirlərini açıqlayıb.
“Hakimin qərarları oyunun nəticəsinə təsir etdi. O, cərimə meydanından kənarda əllə oynamış Məcidovu meydandan qovmalı idi. Şemonyaev kobud oynadı. Ancaq hakim susdu, qərar qəbul etmədi. Əgər onlar “Neftçi”nin çempionluğunu istəmirsə, biz bu haqda klub rəhbərliyinə deyəcəyik”.