AZAL-ın baş məşqçisi Premyer Liqanın 18–ci turunda “Xəzər Lənkəran”a 4:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib:
“Heyətimizdə zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı, maraqlı oyun alındı. Xüsusən ikinci hissədə açıq futbol getdi. Gənc mütəxəssis məğlubiyyətin səbəbləri haqda danışıb, bildirib ki, futbolçularının çıxışından razı qalıb: “İlk hissədə müdafiədəki kobud səhvlər oyunun nəticəsini müəyyən etdi. Hesab qane etməsə də, komandanın oyunundan razı qaldım. Bacardığımız bu qədərdir”.