Zədə səbəbindən "Neftçi”nin düşərgəsini qış fasiləsi yaranmadan tərk edən Bruno Bertuççinin komandadan ayrılacağı demək olar ki, dəqiqləşmək üzrədi.
Paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov idmanxeber.com-a verdiyi açıqlamada da "solaxay"a ciddi təkliflərin gəldiyini gizlətməyib.
Əldə etdiyimiz məlumata görə, braziliyalı futbolçunu transferində yerli klublarımız da səylə çalışır. Bertuççinin "Qəbələ" və "Xəzər Lənkəran"dan birinə keçəcəyi də gözlənilir. Belə ki, Qəbələ təmsilçisi Elnur Allahverdiyevin, "Xəzər Lənkəran" isə Rodomir Todorovun yoxluğunu aradan qaldırmaq üçün Bertuççinin xidmətində maraqlı olan klublardı.