27 Dekabr 2024
Ölkə futbolu

Rumın klubu “Xəzər Lənkəran”ın sabiq futbolçusuna “çıx get” dedi

Xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın sabiq futbolçusu Eder Bonfim Rumıniyanın “Poli” klubunda baxışda idi.

Artıq klub futbolçu ilə bağlı yekun qərarını açıqlayıb. Bonfim məşqçilər korpusu tərəfindən bəyənilməyib. Rumın klubunun baş məşqçisi Aurel Şunde onu sərəcamında görmək istəsə də, sonradan qərarından daşınıb.

Qeyd edək ki, iyulun 26-da Hayfa “Makkabi”sinə 0:8 hesablı yenigidən sonra “Xəzər Lənkəran” Bonfimi komandadan qovmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43