“Mənə Türkiyə klublarından təklif gəlib. Bu işlərlər mən yox, menecerim məşğul olur”.
Bu sözləri idmanxeber.com-a “Qəbələ”nin fiutbolçusu Amit Quluzadə deyib.
“Manisaspor” və “Şanlıurfaspor”dan təklif aldığını deyən Quluzadə “Qəbələ”dəki aqibətinin necə olacağının sual altında olduğunu bildirib:
“Mən “Qəbələ”dən ayrılmaq istəmirəm. Bura mənim üçün daha yaxşıdır. Ancaq təbii ki, ayrılıq olsa mən daha yaxşı variantı seçəcəm. Hələ ki, bir şey yoxdu. Ona görə də konkret nəsə deyə bilməyəcəm”.