“Qalatasaray”ın futbolçusu Engin Baytar klubunu dəyişmək üzrədir.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, təcrübəli futbolçu “Çaykur Rizəspor”la anlaşıb. Onun yaxın günlərdə Rizəyə gələrək tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə qol çəkəcəyi bildirilir.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli daha öncə “Çaykur Rizəspor”da çalışıb.