28 Dekabr 2024
Ölkə futbolu

QARMAQARIŞIQ VƏZİYYƏT: “Xəzər Lənkəran” Elnurun nazıyla oynayır, “Qəbələ” müqaviləsi olan futbolçunu buraxmır – AÇIQLAMA

Müqaviləylə “Xəzər Lənkəran”a məxsus olan, icarə əsasında “Qəbələ”də çıxış edən Elnur Allahverdiyev məxsus olduğu klubunun gözünü yolda qoyub.

Müdafiəçi Antalyada onu gözləyən “Xəzər Lənkəran”ın düşərgəsinə getmək istəmir. Bunun üçün tərəflər arasında danışıqlar gedir. 

İdmanxeber.com-a açıqlama verən Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Elnur Allahverdiyevin düşərgəyə gəlməsi üçün əllərindən gələni etdiklərini bildirib:

“Elnur müqavilə ilə bizə məxsusdur. Ancaq hələ də bizim düşərgəyə gəlib çıxmayıb. Onun düşərgəyə gəlməsi üçün çalışırıq”.

“Müqavilə ilə sizə məxsus olan futbolçunun nazıyla oynayırsız?” – sualına isə klub rəsmisi belə cavab verib:

“Nazı ilə deyəndə ki, gedib döyəsi deyilik ki… Üstılik Elnur da bilir ki, bizə məxsusdu. “Mən qayıtmaq istəmirəm” deməklə və yaxud “istəyirəm, məşqçi qoymur” kimi bəhanələrlə sənəd dəyişmir”.

H.Cəbrayıloğlu sonda “Qəbələ”nin də onu buraxmadığını və klublar arasında danışığın getdiyini bildirib:

“Qəbələ” ilə danışıq aparırırq. Hiss olunur ki, rəhbərlik Elnuru “Xəzər Lənkəran”a buraxmaq istəmir. Belə olduğu halda biz də mövcud müqaviləni AFFA-ya təqdim edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43