28 Dekabr 2024
Müsahibə

Orxan Sadıqlı: “…səni evindən qovmasalar gedərsən?” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubu qış hazırlığını Antalyada davam etdirir. Baş məşqçiləri Mustafa Dənizli ilə mövsümü uğurlu nəticylə ilə bitirməyi düşünən Cənub klubunun ən həssas nöqtəsi qapısıdır. Cari mövsümdə mütəmadi olaraq meydana çıxan gənc qapıçı Orxan Sadıqlı da Türkiyədəki hazırlıq barədə idmanxeber.com-a danışıb.

– Hazırlıq necə keçir?

– Hər şey yaxşıdı şükür Allaha… Hər kəs əlindən gələnin ən yaxşısını etməyə çalışır.

– Bildiyimə görə, komandada bir qapıçı var və iki tərəfli oyunda çərçivədə futbolçu dayanır.

– Bəli, düzdü. İki tərəfli oyunda mən qapıda oluram, amma bəzən o biri qapıda Hafiz məllim dayanır (qapıçılarla işləyən məşqçini nəzərdə tutur-red). Yəni oyunçu durmur qapıda. Tərlan Qasımzadəni gözləyirik. Yaxınlarda gəlməlidi. Görək hələ kim gələcək (gülür).

– Futbol ictimaiyyətinə və azarkeşlərə də maraqlıdır. Artıq “Xəzər Lənkəran”la yeni müqavilə də imzalamısan. Azarkeşləri də intizarda saxlamayaq. De görək, səni hansı komandalar istəyirdi?

– Adlarını açıqlamasam yaxşıdı. Çünki artıq keçmişə yox, gələcəyə baxmalıyıq.

– Müqavilən bitəndə, ayrılmaq barədə düşünürdün?

– Mən də deyirəm ki, səni evindən qovmasalar gedərsən? Mən də sevildiyim və sevdyim üçün bu komandada qaldım.

– Azarkeşlərə sözün var?

– Azarkeşlərimizə demək istəyirəm ki, ürəklərini buz kimi saxlasınlar. İnşallah, hər şey yaxşı olacaq!

AZƏR AXUNDLU


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43