27 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da son durum

Antaliyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” yanvarın 15-də keçirdiyi səhər məşqindən sonra istirahətə çəkilib. Baş məşqçi Mustafa Dənilzi axşam məşqinə ehtiyac duymayıb.Bu gündən isə komanda yenidən normal hazırlıq planına uyğun olaraq hər gün iki dəfə məşq edəcək. Sənədlərini qaydasına qoymaq üçün vətəninə yollanmış yeni qapıçı Vyekoslav Tomiç də bu gün geri qayıdır. Qeyd edək ki, yaxın üç gündə komandaya daha iki futbolçu qoşulacaq. Bu futbolçularla bir başa müqavilə imzalanacağı gözlənilir. (12cioyuncu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43