27 Dekabr 2024
Ölkə futbolu

Mehmet Özdilək: “Xəzər Lənkəran”da müəyyən çatışmazlıqlar ola bilər”

“Xəzər Lənkəran”da müəyyən çatışmazlıqlar ola bilər”.

Bu sözləri Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi Mehmet Özdilək deyib.

Tanınmış mütəxəssis Türkiyənin Antalya şəhərinə ezam olunmuş jurnalistlərə açıqlamasında “Xəzər Lənkəran”la bu gün keçirilən yoxlama oyunu haqda danışıb: “Amma ümumilikdə heç də pis təsir bağışlamadı. Hazırlıq prosesinin sonuna kimi vaxt var. Düşünürəm ki, bu müddətdən maksimum yararlanıb çatışmazlıqları aradan qaldıracaqlar. Bizim komandaya gəlincə, “Xəzər Lənkəran”la görüş faydalı oldu”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Gənclərbirliyi” matçında Türkiyə təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43