27 Dekabr 2024
Ölkə futbolu

“İnter”dən ilin ilk transferi: Kosta-Rika millisinin futbolçusu “bankirlər”lə müqavilə bağlayır

Antalyada təlim-məşq toplantısında olan “İnter” 2014-cü ilin ilk transferini reallaşdırıb. 

İdmanxeber.com-un öncədən də sizə xəbər veridiyi kimi, Kosta-Rika yığmasının yarımmüdafiəçisi Dieqo Madriqalla münasibətlər rəsmiləşdirilir. Futbolçu “bankirlər”in düşərgəsindədi və onunla sabah 2 illik müqavilə imzalanacağı gözlənilir.

Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, futbolçu sabah tibbi müayinədən keçəcək və onun Çin klubu ilə yoxlama matçında “İnter” forması ilə debüt edəcəyi də gözlənilir.

Qeyd edək ki, son iş yeri “Saprissa” klubu olan Dieqo Kosta-Rika yığmasında 11 oyuna 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43