27 Dekabr 2024
Kateqoriyasız

“İnter” hərbçiləri “topa tutdu”

“İnter”in əvəzedici komandası hazırda “Şəfa” stadionunda təlim-məşq toplanışı keçirir.

Bu gün “bankirlər” toplanış çərçivəsində dörüncü yoxlama görüşünü keçirib. “Şəfa” stadionunda baş tutan oyunda komanda MOİK klubu ilə üz-üzə gəlib və bu qarşılaşma paytaxt klubunun 6-1 hesablı qələbəsi ilə başa çatıb. 

“İnter”in heyətində heyətində Amil Atakişiyev üç qolla fərqlənib, Bilal Qənbərov iki topun müəllifi olub, Fərhad Budaqov isə rəqibi bir dəfə məyus edib.

Qeyd edək ki, toplanış çərçivısində baş tutacaq sonuncu yoxlama oyun ayın 24-də baş tutacaq. Həmin matçda “İnter” “Şuşa” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43