Klublarımız qış fasiləsində heyətlərini gücləndirməyə davam edirlər.
İdmanxeber.com saytı sizə bugünə kimi olan ən bahalı 5 transferi təqdim edir.
Siyahıya "Xəzər Lənkəran"ın Moldova "Şerif"indən transfer etdiyi qapıçı Vyekoslav Tomiç başçılıq edir. İlk "beşliy"ə düşən yeganə azərbaycanlı futbolçu isə "Rəvan"dan ayrılaraq AZAL-a üz tutan Rəşad Abdullayevdi.
Vyekoslav Tomiç ("Xəzər Lənkəran") – 700 min avro
Rafael Santos ("Qəbələ") – 600 min avro
Caba Dvali ("Qarabağ") – 475 min avro
Dieqo Madriqal ("İnter") – 275 min avro
Rəşad Abdullayev (AZAL) – 250 min avro