"Xəzər Lənkəran"ın "Neftçi"dən transfer etdiyi futbolçu Slavik Alxasov "facebook" sosial şəbəkəsində cənublu azarkeşlərin suallarını cavablandırıb.
– Mənə "Neftçi"də qiymət verən olmadı və "Xəzər Lənkəran" məni öz komandasına cəlb etdi. Təşəkkür edirəm "Xəzər Lənkəran"a… Mən öz oyunumla sübut eliyəcəm onlara.
– Başqa komandaya getsən deyərsən ki, mən daha "Xəzər Lənkəran"lı deyiləm. Düzünü de…
– Elə bilirsiz yalan danışıram? Mən uşaq vaxtdan "Xəzər Lənkəran"a azarkeşlik edirəm. Çünki mənim burada yerlim Rahid Əmirquliyev oynayır. Bizim evdə hamı "Xəzər Lənkəran"a azarkeşlik edir. Bura gəldiyimə görə çox sevinirəm.
– "Xəzər Lənkəran" – "Neftçi" oynayanda kimə azarkeşlik edirdin?
– Evdə "Boyük oyun"a hamımız "Xəzər Lənkəran"lı olaraq baxırıq.
– Slavik, sənin "Xəzər Lənkəran"lı olmağına çox var…
– Görərsiz, oyunumla "Xəzər Lənkəran"lı olduğumu sübut edəcəm.
– Xarici klubda oynasan "Xəzər Lənkəran"lı olduğunu deyərsən, yoxsa "Neftçi"li?
– Mən çox fanatı olan komandanı sevirəm. Bir gün bundan qabaq bu haqda yazmışam. "Xəzər Lənkəran" fanatı bir nömrədi.